https://innews.media/uploads/news/2026-08/_innews_df0dd6b97870e252ac1ce9bdd_o.jpg
25 iyun 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Unibank Kommersiya Bankı" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan AZ2019002024 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 11.08.2026-cı il tarixində yekunlaşmışdır.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 4.6 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
|
Emitentin adı |
"Unibank Kommersiya Bankı" ASC |
|
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2019002024 |
|
İstiqraqzların növü və forması |
Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz |
|
Ticarət üsulu/forması |
Kütləvi/ Birqiymətli hərrac |
|
İstiqrazların sayı |
50,000 ədəd |
|
İlkin ticarət qiyməti |
100 ABŞ dolları |
|
Buraxılış həcmi |
5,000,000 ABŞ dolları |
|
İllik gəlirlilik faizi |
8% |
|
Ödəmə periodu |
İstiqrazların yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) aydan bir (bir ayda günlərin sayı 30 gün olaraq götürməklə) ödəniləcəkdir |
|
Tədavül müddəti |
6 il |
|
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) |
5,000,000 ABŞ dollar |
|
Reallaşdırılmış həcm |
5,000,000 ABŞ dollar |
|
Hərrac qiyməti |
100 ABŞ dollar |
|
İnvestor sayı |
54 |
|
Sifariş sayı |
57 |
|
Anderrayter |
“Unicapital İ.Ş.” ASC |
Ən son xəbərləri səhifəmizdən də izləyin