logo
Qobustan qəsəbəsi ərazisində yeni körpünün inşası yekunlaşıb - VİDEO

Qobustan qəsəbəsi ərazisində yeni körpünün inşası yekunlaşıb - VİDEO

Qobustan qəsəbəsi ərazisində yeni körpünün inşası yekunlaşıb - VİDEO Qobustan qəsəbəsi ərazisində yeni körpünün inşası yekunlaşıb - VİDEO

M-2 Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qobustan qəsəbəsi ərazisində inşa edilən yeni avtomobil körpüsünün tikintisi yekunlaşıb.

Layihə çərçivəsində köhnə körpü sökülərək onun yerində müasir standartlara cavab verən yeni biraşırımlı körpü inşa edilib. Körpü müasir mühəndislik tələblərinə uyğun layihələndirilərək tikilib.

Tikinti işləri çərçivəsində körpünün dayaqları və aşırım qurğusu inşa olunub, yanaşma hissələri abadlaşdırılıb, təhlükəsizlik çəpərləri, səki hissələri və digər yol infrastrukturu elementləri quraşdırılıb.

Artıq yeni körpü nəqliyyat vasitələrinin istifadəsinə verilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media