logo
Azərbaycandakı osetinlər haqqında sənədli film hazırlanıb “Narın dənələri”: Bakıda yaşayan osetinlərin köklərinə səyahət

Azərbaycandakı osetinlər haqqında sənədli film hazırlanıb “Narın dənələri”: Bakıda yaşayan osetinlərin köklərinə səyahət

Azərbaycandakı osetinlər haqqında sənədli film hazırlanıb “Narın dənələri”: Bakıda yaşayan osetinlərin köklərinə səyahət Azərbaycandakı osetinlər haqqında sənədli film hazırlanıb “Narın dənələri”: Bakıda yaşayan osetinlərin köklərinə səyahət

Şimali Osetiya-Alaniya Respublikasının “Milli-mədəni inkişaf” dövlət proqramı çərçivəsində “Narın dənələri” adlı sənədli film hazırlanıb.

Sənədli film Şimali Osetiya-Alaniya Respublikasının Mətbuat və Kütləvi Kommunikasiyalar üzrə Komitəsinin sifarişi ilə “Osetin xalqının milli-mədəni inkişafı (2021-2025)” dövlət proqramı çərçivəsində hazırlanıb.

Film vətənlərindən yüzlərlə kilometr uzaqda – Azərbaycanda yaşayan, lakin öz köklərini, ənənələrini və milli kimliklərini qoruyub saxlayan osetinlərin həyatından bəhs edir. Filmdə qəhrəmanların nart eposuna və osetin adət-ənənələrinə bağlılığı əks etdirilir.

Filmə çəkilən qəhrəmanlardan biri – Ruslan Tuayev öz ailəsinin tarixini danışır: onun babası Safar Tuayev XX əsrin əvvəllərində neft milyonçusu və xeyriyyəçi Murtuza Muxtarovun dəvəti ilə Bakıya gəlmiş, bu torpaq onun üçün ikinci vətənə çevrilmişdir. Burada üç oğlu dünyaya gəlmiş, onlar ömürlərini Azərbaycanda keçirmişlər. Nəvələr isə ata-babalarının ona aşıladığı osetin kimliyini böyük qürurla yaşadırlar.

Maraqlıdır ki, Murtuza Muxtarovun özünün də taleyi osetin torpağı ilə sıx bağlıdır. O, bir iş səfəri zamanı Beslan stansiyasında Vladiqafqazlı knyaz, general Hambi Tuqanovla tanış olmuş, onun qızı Liza ilə ailə qurmuşdur. M. Muxtarov osetin torpağına duyduğu minnətdarlığın ifadəsi olaraq 1908-ci ildə Vladiqafqazda öz vəsaiti ilə möhtəşəm bir məscid inşa etdirmiş, bu məscid bu gün də Şimali Qafqazın ən nəhəng məscidlərindən biri sayılır.

Tuqanov ailəsinin Azərbaycanla bağları bununla bitmir. Liza Tuqanova-Muxtarovanın əmisi qızı Fariza Tuqanova tanınmış həkim-ginekoloq, Sosialist Əməyi Qəhrəmanı Şamama Ələskərova ilə birgə – hazırda Şamama Ələskərova adını daşıyan Kliniki Doğum Evində çalışmışdır.

Sənədli film ilə bu link vasitəsilə tanış ola bilərsiniz.

https://www.youtube.com/watch?v=qpV31bQyQdMİ

İqtisadçı alim, hüquqşünas, Dünya Bankının Azərbaycanda eksperti, Nazim Şükürov

Fotoda: Azərbaycan Respublikası Prezidentinin köməkçisi, tarix elmləri doktoru Dilarə Seyidzadə, Zaurbek Tuayev, Ruslan Tuayev və iqtisadçı alim Nazim Şükürov

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media