logo
Azərbaycanda dəmir yollarının elektrikləşdirilməsinin 100 illiyi qeyd olunur

Azərbaycanda dəmir yollarının elektrikləşdirilməsinin 100 illiyi qeyd olunur

Azərbaycanda dəmir yollarının elektrikləşdirilməsinin 100 illiyi qeyd olunur Azərbaycanda dəmir yollarının elektrikləşdirilməsinin 100 illiyi qeyd olunur

Bu gün Azərbaycanda dəmir yollarının elektrikləşdirilməsinin 100 illiyi tamam olur.

"INNews Media" xəbər verir ki, 1926-cı il iyulun 6-da Bakı–Sabunçu–Suraxanı dəmir yolu xətti istifadəyə verilərək təkcə Azərbaycanda deyil, keçmiş SSRİ məkanında da ilk elektrikləşdirilmiş dəmir yolu kimi tarixə düşüb.

Həmin dövrdə inşa edilən Bakı–Sabunçu elektrikləşdirilmiş dəmir yolu vağzalı ölkənin əsas nəqliyyat qovşaqlarından birinə çevrilib. Elektrikləşdirilmiş xətt vasitəsilə minlərlə sərnişin, o cümlədən neft sənayesində çalışan işçilər Bakıətrafı yaşayış məntəqələrinə və digər istiqamətlərə daha sürətli, təhlükəsiz və rahat şəkildə səfər ediblər.

Bu tarixi layihə Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafında mühüm mərhələ hesab olunur və ölkədə dəmir yolu sisteminin modernləşdirilməsinin əsasını qoyub.

Hazırda isə bir əsrlik irs müasir dəmir yolu infrastrukturu, yeni nəsil qatarlar və dayanıqlı nəqliyyat layihələri ilə davam etdirilir. Elektrikləşdirilmiş dəmir yolu şəbəkəsinin inkişafı ölkənin nəqliyyat sisteminin səmərəliliyinin artırılmasına, sərnişin və yükdaşımaların daha rahat həyata keçirilməsinə mühüm töhfə verir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media