https://innews.media/uploads/news/2026-07/_innews_b9b1354cec51419108aeca5bc_o.jpg
Azərbaycan Dəmir Yolları (ADY) yay mövsümündə artan sərnişin tələbatını nəzərə alaraq Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.
"İnnews Media" xəbər verir ki, əlavə reyslər 6–31 iyul tarixlərini əhatə edəcək.
Məlumata görə, qatar bazar ertəsi və çərşənbə günləri Bakıdan, çərşənbə axşamı və cümə axşamı günləri isə Ağstafadan yola düşəcək.
Sərnişinlər bu reyslər üzrə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi internet saytından və "ADY Mobile" tətbiqi vasitəsilə əldə edə bilərlər.
Qeyd edək ki, Bakı–Qazax–Bakı marşrutu üzrə qatarlar isə sərnişinlər üçün hər gün fəaliyyət göstərməkdə davam edir.
Ən son xəbərləri səhifəmizdən də izləyin