https://innews.media/uploads/news/2026-07/_innews_3b7c6953758ca647c8ca7842f_o.jpg
Yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin artırılması məqsədilə paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi 16 ünvanında yeni svetoforlar quraşdırılaraq istifadəyə verilib.
Həmin ərazidə nəqliyyat axınının intensivliyi nəzərə alınaraq 3-ü "L" tipli, 1-i isə "A" tipli olmaqla, ümumilikdə 4 svetofor quraşdırılıb.Yeni svetoforların istismara verilməsi nəticəsində nəqliyyat vasitələrinin hərəkəti nizamlı şəkildə təşkil olunub.
Bundan əlavə, ərazidə yaşayış binaları və yaxınlıqda orta məktəb, uşaq bağçasının yerləşməsi nəzərə alınaraq piyadaların yolu təhlükəsiz keçməsi üçün də zəruri şərait yaradılıb və svetoforlara piyada bölmələri quraşdırılıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin