logo
WUF13-ün Azərbaycan gündəmi Ərzurumda müzakirə edilib

WUF13-ün Azərbaycan gündəmi Ərzurumda müzakirə edilib

WUF13-ün Azərbaycan gündəmi Ərzurumda müzakirə edilib WUF13-ün Azərbaycan gündəmi Ərzurumda müzakirə edilib

Jurnalistlər Mətbuat Birliyinin sədri Kərəm Altın və “Başkent Postası” qəzetinin baş koordinatoru, jurnalist Murat Genç Ərzurumda bir araya gələrək Dünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyasını müzakirə ediblər.

Görüş zamanı 17–22 may 2026-cı il tarixlərində Bakı şəhərində keçirilmiş Dünya Şəhər Forumunun (WUF13) əsas nəticələri və gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanlı jurnalist Zeynəb Abbasovanın verdiyi məlumata əsasən, WUF13 Birləşmiş Millətlər Təşkilatının İnsan Məskunlaşmaları Proqramı (BMT-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı ilə təşkil olunub. Forumun əsas mövzusu “Mənzil təminatı: təhlükəsiz və dayanıqlı şəhərlər və icmaların qurulması” olub.

Müzakirələr zamanı mənzil böhranı, dayanıqlı şəhərsalma, iqlim dəyişikliklərinə davamlılıq, yerli idarəetmənin rolu və Davamlı İnkişaf Məqsədlərinin icrası ilə bağlı məsələlər diqqət mərkəzində olub.

Qeyd edilib ki, forum açılış və bağlanış mərasimləri, nazirlər görüşləri, xüsusi sessiyalar, dəyirmi masa müzakirələri, şəhər sərgiləri, media tədbirləri və akademik proqramları əhatə edən geniş beynəlxalq platforma kimi çıxış edib.

Kərəm Altın və Murat Genç vurğulayıblar ki, urbanizasiya, mənzil hüququ və dayanıqlı şəhər inkişafı məsələləri təkcə ayrı-ayrı ölkələr üçün deyil, bütün dünya üçün strateji əhəmiyyət daşıyır. Onların fikrincə, Bakıda keçirilən WUF13 region ölkələri arasında təcrübə mübadiləsinin genişləndirilməsi baxımından mühüm rol oynayıb.

Müzakirələr zamanı forumda səsləndirilən əsas məlumatlardan birinə də diqqət çəkilib. Bildirilib ki, hazırda dünyada təxminən 3 milyard insan qeyri-kafi mənzil şəraitində yaşayır və mənzil problemləri yoxsulluq, iqlim dəyişiklikləri, səhiyyə, ərzaq təhlükəsizliyi və iqtisadi imkanlarla birbaşa əlaqəlidir. Bu səbəbdən mənzil məsələsi qlobal inkişaf gündəliyinin prioritet istiqamətlərindən biri hesab olunur.

Ərzurumdan xəbər: Murat Genç

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media