logo
Türkiyənin qabaqcıl müdafiə sənayesi şirkəti Azərbaycanda tam səlahiyyətli təmsilçilik şəbəkəsini qurub

Türkiyənin qabaqcıl müdafiə sənayesi şirkəti Azərbaycanda tam səlahiyyətli təmsilçilik şəbəkəsini qurub

Türkiyənin qabaqcıl müdafiə sənayesi şirkəti Azərbaycanda tam səlahiyyətli təmsilçilik şəbəkəsini qurub Türkiyənin qabaqcıl müdafiə sənayesi şirkəti Azərbaycanda tam səlahiyyətli təmsilçilik şəbəkəsini qurub

Türkiyənin qabaqcıl müdafiə sənayesi şirkətlərindən biri olan “CDS Defence”, qardaş ölkəmiz Azərbaycanda tam səlahiyyətli təmsilçilik şəbəkəsini qurub. Şirkətin Azərbaycan İdarə Heyəti sədrliyinə Baran Çelik təyin edilib.
Korrekt.az xəbər verir ki, bu şirkətdən verilən məlumatda qeyd edilib.

Şirkət Azərbaycanda aşağıdakı sahələrdə fəaliyyət göstərəcək:

- Orta kalibrli 25-30-35 mm mərmilərin istehsalı və satışı

- Böyük kalibrli 122-152-155 mm artilleriya mərmilərinin istehsalı və satışı

- 107 və 122 mm artilleriya raketlərinin istehsalı və satışı

- MK seriyası hava-dənizə bombalarının istehsalı

- Vakum altında TNT doldurma zavodlarının quraşdırılması

- Yuxarıda qeyd olunan məhsulların “açar təslim” tipli zavod quraşdırmaları

Mütəxəssislər bildirirlər ki, bu əməkdaşlıq Azərbaycanla Türkiyə arasında həm iqtisadi, həm də strateji əlaqələrin güclənməsi baxımından önəmli addım kimi qiymətləndirilir. “CDS Defence”in Azərbaycanda fəaliyyəti regional müdafiə sənayesi üçün yeni imkanlar açmaqla yanaşı, ölkəmizin müdafiə potensialının artırılmasına da töhfə verəcək.

Rəsmi açıqlamada vurğulanır ki, bu təşəbbüs qardaş ölkələr arasında hərbi və iqtisadi əməkdaşlığı daha da möhkəmləndirəcək.

Bizimyol.info

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin