logo
Qəbələ rayonundakı təlimdə narkotik vasitələrdən istifadənin riskləri barədə məlumat verilib

Qəbələ rayonundakı təlimdə narkotik vasitələrdən istifadənin riskləri barədə məlumat verilib

Qəbələ rayonundakı təlimdə narkotik vasitələrdən istifadənin riskləri barədə məlumat verilib Qəbələ rayonundakı təlimdə narkotik vasitələrdən istifadənin riskləri barədə məlumat verilib

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu ilə Azərbaycan respublikası Gənclər Fondu arasında imzalanmış tədbirlər planına müvafiq olaraq Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qəbələ nümayəndəliyində təlim keçirilib.

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupundan innews.media bildiriblər ki, təlimdə işçi qrupunun əməkdaşı çıxış edərək könüllülərin narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə iştirakçılara narkotik vasitələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verib. Onları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Sonda tədbir iştirakçılarına Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış sertifikatlar, “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça və digər zəruri təbliğat materialları təqdim edilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media