logo
E-saglam.az sağlamlıq və tibb platforması 5 yaşını qeyd edir

E-saglam.az sağlamlıq və tibb platforması 5 yaşını qeyd edir

E-saglam.az sağlamlıq və tibb platforması 5 yaşını qeyd edir E-saglam.az sağlamlıq və tibb platforması 5 yaşını qeyd edir

Artıq 5 ildir ki, E-saglam.az sağlamlıq, tibb və qida sahəsində etibarlı, elmi əsaslı məlumatları oxucularına çatdırır. Bu illər ərzində məqsədimiz dəyişməyib – insanlara faydalı, düzgün və maarifləndirici xəbərlər təqdim etmək.

E-saglam.az bu yola bir sayt kimi başladı. Bu gün isə artıq tibb və sağlamlıq sahəsində geniş funksiyalı bir platformaya çevrilib.

Fəaliyyətimizi genişləndirərək istifadəçilər üçün daha faydalı və praktik imkanlar yaratmışıq.

Platformamızda artıq “Həkimlər”, “Vakansiyalar”, “Dərmanlar”, “Video müsahibələr” bölmələri yaradılıb. Bu bölmələr vasitəsilə həm mütəxəssislər, həm də istifadəçilər üçün daha rahat və dəyərli bir mühit formalaşdırırıq.

Yayımladığımız hər bir məqalə və paylaşımın arxasında məsuliyyət və insan sağlamlığına hörmət dayanır.

Son aylarda fəaliyyətimizi daha da genişləndirərək YouTube kanalımızı - E-saglam TV - aktivləşdirdik. Burada “Sağlam söhbət” podkastı, “Sağlam dəqiqə” və “Faydalı” rubrikaları yayımlanır. Eyni zamanda bütün sosial şəbəkə hesablarımızda da maarifləndirici videolar paylaşaraq daha geniş auditoriyaya çatırıq.

E-saglam.az bu gün yalnız xəbər saytı deyil, sağlam düşüncə və sağlam həyat tərzini təşviq edən güclü bir platformadır. Qarşıdakı mərhələdə yeni layihələr və əməkdaşlıqlarla bu istiqamətdə daha böyük addımlar atmağı hədəfləyirik.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin