https://innews.media/uploads/news/2022-11/_innews_93bae5b60c021af362eea8933_o.jpg
25-28 oktyabr 2022-ci il tarixlərində Belarusun paytaxtı Minsk şəhərində “Gənclər elmdə – 2022” adlı gənc alimlərin XIX beynəlxalq elmi konfransı keçirilib.
Beynəlxalq tədbirdə AMEA-nın Gənc Alim və Müxtəxəssislər Şurasının sədri, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun aparıcı elmi işçisi, kimya üzrə fələsfə doktoru Elmir Babayev iştirak edib.
Belarus Milli Elmlər Akademiyasında (BMEA) baş tutan konfransın açılış mərasimində çıxış edən Elmir Babayev tədbirin məqsədinin gəncləri elmi yaradıcılığa cəlb etmək və elmi-tədqiqat işlərinin nəticələrini müzakirə etmək olduğunu bildirib. O, beynəlxalq elmi konfransın işinə uğurlar arzulayıb.
Tədbir çərçivəsində Beynəlxalq Elmlər Akademiyaları Assosasiyasının (MAAN) Gənc Alimlər Şurasının “dəyirmi masa”sı təşkil olunub. Elmir Babayev MAAN Gənc Alimlər Şurasının üzvü və Azərbaycan təmsilçisi kimi “dəyirmi masa”da da iştirak edib. Gənc alim konfransın proqramına uyğun olaraq keçirilən müvafiq sessiyalara qoşulub.
Səfər çərçivəsində BMEA-nın nəzdində yer alan kimya institutlarına baş çəkən Elmir Babayev laboratoriya və maddi-texniki baza ilə tanış olub və gələcək birgə elmi əməkdaşlıqlara dair müzakirələr aparıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin