https://innews.media/uploads/news/2026-02/_innews_34e4363038a152aa3b31a5ace_o.jpg
Dövlət Şəhərsalam və Arxitektura Komitəsinin sədri Anar Quliyev BMT-nin Azərbaycanda yeni təyin olunan müvəqqəti rezident əlaqələndiricisi İqor Qarafuliç ilə görüşüb.
Anar Quliyev qonağa Azərbaycanın milli prioritetləri və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq post-münaqişə dövründə həyata keçirilən bərpa-quruculuq proseslərində əldə olunan irəliləyişlərdən bəhs edib.
Həmçinin 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunması və may ayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq barədə ətraflı məlumat verilib.