https://innews.media/uploads/news/2026-02/_innews_56b3f2d3d52b4866ea19ef780_o.jpg
ADPU-da Filologiya fakültəsinin təşkilatçılığı ilə “I Türkoloji Qurultayın 100 illiyi: dil məsələləri” Beynəlxalq elmi konfransı keçiriləcək.
I Türkoloji Qurultayın 100 illik yubileyinə həsr edilən konfransda türk dünyasının tanınmış elm adamları, tədqiqatçıları iştirak edəcəklər.
Təqdim olunan tezislər müvafiq yoxlamalardan keçirilib rəyçilərin müsbət rəyindən sonra konfrans materialları şəklində nəşr olunacaq.
Konfrans iştirakçılarına sertifikat təqdim ediləcək.
Konfransla bağlı ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Tezislər turkologyconference@gmail.com imeyl ünvanına göndərilməlidir.
Konfransın işçi dilləri: Azərbaycan dili, türk dilləri, ingilis dili, rus dili.
Tezislərin göndərilməsi üçün son tarix: 15 aprel 2026-cı il
Müəlliflərə məlumat məktubunun göndərilməsi: 25 aprel 2026-cı il
Konfransın keçirildiyi tarix: 14-15 may 2026-cı il
Konfrans materiallarının elektron formatda müəlliflərə göndərilməsi: 31 may 2026-cı il