logo
Özgür Bolat Pedaqoji Universitetin qonağı olub

Özgür Bolat Pedaqoji Universitetin qonağı olub

Özgür Bolat Pedaqoji Universitetin qonağı olub Özgür Bolat Pedaqoji Universitetin qonağı olub

Türkiyənin tanınmış pedaqoqu, yazıçı, təhsil tədqiqatçısı və eksperti Özgür Bolat Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) qonağı olub. Görüşdə gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib.

Qeyd edək ki, tanınmış pedaqoq-alim, yazıçı, təhsil tədqiqatçısı və eksperti Özgür Bolat, Təhsil istiqaməti üzrə Boğaziçi Universitetində bakalavr, Harvard Universitetində magistr, Kembric Universitetində doktorantura təhsili almışdır. O, həmçinin MIT Sloan İdarəetmə məktəbində (MIT Sloan School of Management) liderlik ixtisası üzrə doktorantura dərsləri alıb və orada tədqiqatlar aparıb. Müəllifi olduğu “Məni mükafatla cəzalandırma” adlı kitabı təxminən 500 min ədəd satılıb. Valideynlər məktəbinin (Anne-Baba okulu) yaradıcısıdır. Özgür Bolat “Lider müəllimlər”,“Özünə inam” və “Google” ilə “Rəqəmsal valideynlik” kimi layihələr, "İstedadı İdarəetmə Testi", "Parentwiser" mobil tətbiqinin rəhbəridir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media