logo
Dövlət başçısı Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparıb

Dövlət başçısı Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparıb

Dövlət başçısı Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparıb Dövlət başçısı Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparıb

Kasım-Jomart Tokayev:

– Sizi dövlət səfəri ilə Qazaxıstan Respublikasında qəbul etmək mənim üçün böyük şərəfdir. Bu, ölkələrimiz arasında strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından çox mühüm hadisədir. Heç bir şübhə olmadan demək olar ki, Qazaxıstan və Azərbaycan təkcə dost ölkələr deyil, həm də qardaş xalqlardır. Buna görə də ölkənizlə çoxşaxəli əməkdaşlığın inkişafı bizim üçün böyük prioritetdir. Xüsusilə qeyd etmək istəyirəm ki, bu gün Azərbaycan Sizin güclü liderliyiniz sayəsində öz mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib, beynəlxalq arenada nüfuzunu artırıb və regionunuzda mühüm rol oynayan dövlətə çevrilib. Bizim üçün ticarət-iqtisadi əməkdaşlığın və siyasi tərəfdaşlığın inkişafı çox mühüm vəzifədir, – deyə Dövlət başçısı vurğulayıb.

İlham Əliyev:

– Bu gün Qazaxıstan yüksək inkişaf səviyyəsini nümayiş etdirir. Ölkədə ictimai-siyasi sabitlik təmin olunub, iqtisadiyyat isə özünü təmin edən səviyyədədir. Biz Sizin həyata keçirdiyiniz islahatları böyük maraqla izləyirik və ölkənin modernləşdirilməsi, potensialının gücləndirilməsi istiqamətindəki kursunuzu tam dəstəkləyirik. İkili münasibətlərimizə gəlincə, Siz onların strateji və müttəfiqlik xarakterini qeyd etdiniz. Biz bütün istiqamətlər üzrə əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmişik. Bu gün danışıqlarımızda, eləcə də Ali Hökumətlərarası Şuranın iclasında geniş gündəliyi bir daha nəzərdən keçirəcək və tərəfdaşlığımızı daha da möhkəmləndirmək üçün növbəti addımları müəyyənləşdirəcəyik, – deyə Azərbaycan Prezidenti bildirib.

Dövlət başçıları ticarət-iqtisadi, investisiya, kənd təsərrüfatı və tranzit-nəqliyyat sahələrində ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivlərini ətraflı müzakirə ediblər.

Mədəni-humanitar əməkdaşlığa da xüsusi diqqət yetirilib.

Tərəflər həmçinin regional və beynəlxalq gündəliyin aktual məsələləri üzrə fikir mübadiləsi aparıblar.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin