logo
Paracüdoçularımız AÇ-də 1 qızıl və 1 gümüş medal qazandılar

Paracüdoçularımız AÇ-də 1 qızıl və 1 gümüş medal qazandılar

Paracüdoçularımız AÇ-də 1 qızıl və 1 gümüş medal qazandılar Paracüdoçularımız AÇ-də 1 qızıl və 1 gümüş medal qazandılar

Gürcüstanda keçirilən paracüdo üzrə Avropa çempionatında paralimpiyaçılarımız İlham Zəkiyev (J1, +95 kq) qızıl, Dürsədəf Kərimova (J2, +70 kq) isə gümüş medal qazanıb.

8 qat Avropa çempionumuz İlham Zəkiyev 1/4 finalda moldovalı Oleg Kretulu, yarımfinalda türkiyəli Gökhan Biceri və finalda moldovalı İon Basocu ipponla məğlub edərək karyerasında 9-cu dəfə Avropa çempionu tituluna yiyələnib.

Paracüdoçumuz Dürsədəf Kərimova isə dairəvi sistem üzrə keçirilən yarışda ispaniyalı Maria Fernandez, gürcüstanlı İna Kaldani və böyük britaniyalı Kirsten Taylor üzərində ipponla qələbə qazanaraq Avropa çempionatının gümüş medalçısı olub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media