https://innews.media/uploads/news/2025-08/_innews_f544d5744ddab940bbb07cd10_o.jpg
Hərbi Prokurorluğun Təşkilat və icraya nəzarət şöbəsinə yeni rəis təyin edilib.
"innews media" əldə etdiyi məlumata görə, Baş prokurorun müvafiq əmri və hərbi prokurorun təqdimatı əsasında baş ədliyyə müşaviri Əliyev İsmayıl Zəbərxan oğlu Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun Təşkilat və icraya nəzarət şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
Hazırda yeni Hərbi prokurorun rəhbərliyi ilə Hərbi Prokurorluqda hərtərəfli və intensiv islahatlar uğurla davam edir.