https://innews.media/uploads/news/2022-09/_innews_95f70328c781c432743cd49f4_o.jpg
Ukraynanın Azərbaycandakı Fəxri konsulluğunun təsis etdiyi “Ukrayna Mərkəzi”ndə bu gün sərgi baş tutdu. Mərkəz bu dəfə, Ukrayna, Avropa Birliyi, Slovakiya, Belçika, Bolqarıstan, Xorvatiya, İtaliya, Polşa, Gürcüstan Respublikasının Azərbaycanda olan fövqəladə və səlahiyyətli səfirlərinin xanımlarını və səfirliyinin xüsusi əməkdaşlarını qonaq qəbul etdi. Onlar Mərkəzdə təşkil edilən sərgi ilə tanış olub.
Sərgi, Ukraynada Ukrayna Silahlı Qüvvələri ilə Kiyevin müdafiə xəttini təmin edən “Azov” batalyonunun qəhrəmanlığına həsr olunub.Bildiyiniz kimi, Azov alayı Rus ordusu tərəfindən mühasirəyə alınmış Mariupolun müdafiəsinə cəlb olunan ən güclü qüvvələrdən biri idi.
Mərkəzdə təşkil olunan sərgi Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mr. Rafat Poborski və Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevskinin təşkil etdiyi “Mom, I don”t want war!” “Ana, mən müharibə istəmirəm!” şüarı adı altında dünyanın bir çox ölkələrində keçirilən sərgi çərçivəsində baş tutub.
Həmçinin qeyd edək ki, dünyanın bir çox ölkələrində təşkil edilən bu sərgi, Ukraynaya dəstək və müharibələrə son qoymaq, sağlam və təhlükəsiz gələcək üçün birgə mübarizəni təcəssüm etdirir.
Açılışı edən Ukraynanın Azərbaycandakı Fəxri Konsulu, Mehrəli Qasımov çıxışında müharibələrin – hər zaman ağrılı nəticələr verdiyini, ən həssas məqam isə uşaqların daha çox əziyyət çəkməsini və psixoloji travma almasını vurğulayıb. - “Müharibə başlayanda həyata keçirdiyimiz təxliyə zamanı biz bunun bir daha şahidi olduq” deyə Konsul çıxışını tamamlayıb.
Qoy hər bir insan sabahını sağlam gələcək üçün açsın !
“Yaşasın, Ukrayna!”
“Müharibələr bitsin!”
Ən son xəbərləri səhifəmizdən də izləyin