logo
Berlində cüdo üzrə gənclər arasında Avropa Kuboku başa çatıb

Berlində cüdo üzrə gənclər arasında Avropa Kuboku başa çatıb

Berlində cüdo üzrə gənclər arasında Avropa Kuboku başa çatıb Berlində cüdo üzrə gənclər arasında Avropa Kuboku başa çatıb

Almaniyanın paytaxtı Berlində cüdo üzrə gənclər arasında Avropa Kuboku başa çatıb.

Yarışın ikinci - sonuncu günündə milli komandamızın 4 üzvü fəxri kürsüyə yüksəlib.

-90 kq çəki dərəcəsi Azərbaycan finalı ilə əlamətdar olub. Tuncay Şamil qızıl, Aslan Kotsoyev gümüş medala yiyələnib. -81 kq çəkidə Süleyman Şükürov və +100 kq çəkidə isə Ramazan Əhmədov bürünc medallara sahib çıxıb.

Ötən gün Nihad Məmişov (-60 kq), Məhəmməd Musayev (-66 kq), Əbil Yusubov (-73 kq) gümüş medala, Nizami İmranov (-66 kq) və Mehdi Cəfərov (-73 kq) isə bürünc medala yiyələnib.

Beləliklə, 1 qızıl, 4 gümüş və 4 bürünc medal qazanan yığmamız 34 ölkə arasında medalların əyarına görə kişilərin mübarizəsində birinci, ümumi komanda hesabında isə üçüncü yeri tutub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media