logo
Millimiz Almaniya ilə qarşılaşacaq - DÇ

Millimiz Almaniya ilə qarşılaşacaq - DÇ

Millimiz Almaniya ilə qarşılaşacaq - DÇ Millimiz Almaniya ilə qarşılaşacaq - DÇ

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında bu gün qarışıq komanda yarışlarına start veriləcək.

Azərbaycan millisi 1/8 finada Almaniya ilə üz-üzə gələcək.

Qarışıq komanda yarışında ümumilikdə 6 çəki dərəcəsində (kişilər: 73 kq, 90 kq, 90 kq; qadınlar: 57 kq, 70 kq, 70 kq) görüşlər təşkil olunacaq.

Mübarizəyə 16 yığma (172 cüdoçu) qatılacaq.

Azərbaycan cüdoçuları dünya çempionatının fərdi yarışlarını 3 bürünc medalla başa vurublar. Milli üzvlərindən Zelim Tçkayev (81 kq), Elcan Hacıyev (90 kq) və Zelim Kotsoyev (100 kq) bürünc medal qazanıblar.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media