logo
Sonuncu cüdoçumuz mübarizəyə qoşulur - DÇ

Sonuncu cüdoçumuz mübarizəyə qoşulur - DÇ

Sonuncu cüdoçumuz mübarizəyə qoşulur - DÇ Sonuncu cüdoçumuz mübarizəyə qoşulur - DÇ

Bu gün Azərbaycanın daha bir cüdoçusu Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

Uşanqi Kokauri (+100 kq) fərdi yarışın 1/32 finalında Serbiya təmsilçisi İqor Vraçarla üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycanı mundialda 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Millimiz həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.

Daha əvvəl cüdoçularımızdan Zelim Tçkayev (81 kq), Elcan Hacıyev (90 kq) və Zelim Kotsoyev (100 kq) bürünc medal qazanıblar.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media