logo
İki güləşçimiz Avropa çempionatının finalında

İki güləşçimiz Avropa çempionatının finalında

İki güləşçimiz Avropa çempionatının finalında İki güləşçimiz Avropa çempionatının finalında

Şimali Makedoniyanın paytaxtı Skopyedə U17 Avropa çempionatı davam edir.

Bu gün sərbəst güləş üzrə 5 çəkidə mübarizəyə start verilib.

Rəvan Həsənzadə (48 kq) polşalı Przemislav Mrozekə 7:0 hesabıyla, slovakiyalı Attila Hegedusa isə tam üstünlüklə (10:0) qalib gələrək yarımfinala yüksəlib. Rəvan yarımfinalda türkiyəli Sadık Ateşoğullarından güclü olub – 6:2. Həsənzadə sabah finalda ermənistanlı Artak Ağabekyanla qarşılaşacaq.

Ruslan Əlizadə (55 kq) slovakiyalı İvan Jaksıka tam üstünlüklə (10:0), belaruslu Qleb Piatrova isə 4:2 hesabıyla qalib gələrək yarımfinala vəsiqə qazanıb. Ruslan yarımfinalda ermənistanlı Armen Papikyana gücünü göstərib – 8:4. Əlizadə finalda rusiyalı Maxaç Abdullayevlə güləşəcək.

Tunar Nəsibov (65 kq) ilk mərhələdə rumuniyalı İstvan Naqiyə minimal fərqlə (7:6) qalib gəlsə də, 1/8 finalda ukraynalı İvan Zaliskoyla bacarmayıb – 1:12. Rəqib finaladək irəlilədiyi üçün Tunar sabah təsəlliverici görüşdə gürcüstanlı Saba Tkemaladze ilə güləşəcək.

Əli Hacıyev (80 kq) ermənistanlı Avet Enqoyanı 4:3 hesablı qələbəylə mübarizədən kənarlaşdırsa da, 1/4 finalda britaniyalı Marşal Consa müqavimət göstərə bilməyib – 0:10.

Hakim Tağıyev (110 kq) ruminiyalı Sebastyan Braileskuya “tuş”la və bolqarıstanlı Halil Sadakova 3:0 hesabıyla qalib gələrək yarımfinala adını yazdırıb. Hakim finalın bir addımlığında gürcüstanlı Murtaz Baqdavadzeyə məğlub olub – 0:2. Tağıyev sabah bürünc medal uğrunda qarşılaşmada Qyoerqi Juhas (Macarıstan) – Ernests Stabins (Latviya) görüşünün qalibiylə üz-üzə gələcək.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media