logo
Azərbaycanın qadın güləşçiləri AÇ-də medalsız qaldılar

Azərbaycanın qadın güləşçiləri AÇ-də medalsız qaldılar

Azərbaycanın qadın güləşçiləri AÇ-də medalsız qaldılar Azərbaycanın qadın güləşçiləri AÇ-də medalsız qaldılar

Azərbaycan güləşçiləri Şimali Makedoniyanın paytaxtı Skopyedə təşkil olunan U-17 Avropa çempionatında çıxışını başa vurub.

Güləş Federasiyasının mətbuat xidmətinin məlumatına görə, dördüncü yarış günündə qadın güləşi üzrə mübarizə baş tutub.

Nəzrin Əhmədli (46 kq) ilk mərhələdə yunanıstanlı Mariya Qkikanı çətinliklə də olsa, mübarizədən kənarlaşdırıb – 10:9. Ancaq həmyerlimiz 1/4 finalda rusiyalı İrina Tsıdeyeva ilə bacarmayıb – 0:10.

Fatimə Bayramova (53 kq) təsnifat mərhələsində polşalı Culiya Qibalskaya 2:6 hesabıyla məğlub olub.

Esra Məmmədli (61 kq) rumuniyalı Oana Dumitruya 8:2 hesabıyla qalib gəlsə də, 1/8 finalda belaruslu Varvara Aliseyenka ilə gərgin mübarizədən məyus ayrılıb – 3:4.

Fidan Babayeva (65 kq) ilk təsəlliverici görüşdə italiyalı Culiya Karrini 4:0 hesabıyla üstələsə də, belaruslu Anastasiya Komanavaya 0:3 hesabıyla uduzub.

Milana Bağırzadə (69 kq) isə 1/8 finalda gürcüstanlı Anna Qodelaşviliyə minimal fərqlə (2:3) məğlub olub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media