logo
Azərbaycan qılıncoynadanları üçün İtaliya sınağı

Azərbaycan qılıncoynadanları üçün İtaliya sınağı

Azərbaycan qılıncoynadanları üçün İtaliya sınağı Azərbaycan qılıncoynadanları üçün İtaliya sınağı

İtaliyanın Genuya şəhərində qılıncoynatma üzrə Avropa çempionatı keçiriləcək.

Azərbaycan komandası bir neçə növdə təmsil olunacaq.

Qadın sablyaçıların yarışında Zərifə Hüseynova, Səbinə Kərimova və Polina Kaspiaroviç mübarizə aparacaqlar. Onlar həm fərdi, həm də komanda çempionatlarında qüvvələrini sınayacaqlar.

İyunun 14-19-da keçiriləcək Avropa çempionatında şpaqa yarışında Ruslan Həsənov da çıxış edəcək.

Qeyd edək ki, qadınlardan ibarət sablya yığmasının lideri Anna Başta zədə səbəbindən qitənin əsas turnirini buraxmalı olacaq.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media