logo
Boksçularımız Gürcüstanda 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb

Boksçularımız Gürcüstanda 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb

Boksçularımız Gürcüstanda 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb Boksçularımız Gürcüstanda 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb

Gürcüstanın Poti şəhərində gənc boksçular arasında keçirilən beynəlxalq turnir başa çatıb. Azərbaycan millisi yarışı 7 medalla başa vurub.

Komandamızın heyətində Bilalhəbaşi Nəzərov (50 kq), Zidan Hümbətov (55 kq) və Məhəmməd Cəfərov (+90 kq) bütün rəqiblərinə qalib gələrək, birinci yeri tutub. Yalnız finalda məğlub olan Sübhan Babayevlə (57 kq) Hüseyn Hüseynli (90 kq) gümüş medala yiyələniblər.

Nihat Qasımov (50 kq) və Rza Rzayev (75 kq) isə turniri bürünc mükafatla başa vurub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media