https://innews.media/uploads/news/2025-06/_innews_595a8b4fae6cd5121d0647e21_o.jpg
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə böyüklər arasında Avropa Kubokuna start verilib.
İlk yarış günündə milli komandamız bir medal qazanıb. -78 kq çəki dərəcəsində çıxış edən Günel Həsənli üçüncü yeri tutaraq bürünc medala layiq görülüb.
Qeyd edək ki, turnirdə 30 ölkədən 306 cüdoçu mübarizə aparır. Ölkəmiz Avropa Kubokunda 8 qadın cüdoçu ilə təmsil olunur.
Ən son xəbərləri səhifəmizdən də izləyin