logo
Milli efir məkanında 13 illik uğurlu yol: MTV Azərbaycan

Milli efir məkanında 13 illik uğurlu yol: MTV Azərbaycan

Milli efir məkanında 13 illik uğurlu yol: MTV Azərbaycan Milli efir məkanında 13 illik uğurlu yol: MTV Azərbaycan

Bu gün Azərbaycan efir məkanında milli-mənəvi dəyərlərə, dövlətçilik ənənələrinə sadiqliyi və özünəməxsus efir dəsti-xətti ilə seçilən MTV Azərbaycan telekanalının yaranmasının 13 ill tamam olur.

innews.media xəbər verir ki, 2012-ci ildən etibarən fəaliyyətə başlayan MTV Azərbaycan ötən illər ərzində həm peşəkar komandasının zəhməti, həm də tamaşaçı sevgisi sayəsində ölkənin media məkanında özünəməxsus yerini möhkəmləndirib. Kanal efir siyasətində milli maraqlara, dövlətin informasiya təhlükəsizliyinə və cəmiyyətin maariflənməsinə xüsusi önəm verir. Xəbərlər , mədəniyyət, musiqi,əyləncə və ictimai-sosial mövzuları əhatə edən proqramlarla tamaşaçıların görüşünə gələn MTV Azərbaycan, eyni zamanda dövlətçilik dəyərlərinin təbliğinə, milli kimliyin və ictimai məsuliyyətin qorunmasına önəm verir.

13 illik fəaliyyətində bir çox uğurlu layihələrə imza atan və daim inkişaf edən MTV Azərbaycan bu gün də öz peşəkarlığı ilə fərqlənir və Azərbaycan televiziya məkanında nüfuzlu mövqeyini möhkəmləndirir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin