logo
Azərbaycan güllə atıcıları Avropa Çempionatında bürünc medal qazandı

Azərbaycan güllə atıcıları Avropa Çempionatında bürünc medal qazandı

Azərbaycan güllə atıcıları Avropa Çempionatında bürünc medal qazandı Azərbaycan güllə atıcıları Avropa Çempionatında bürünc medal qazandı

Xorvatiyanın Osijek şəhərində keçirilən güllə atıcılığı üzrə Avropa Çempionatında Azərbaycan millisi növbəti uğura imza atıb. Pnevmatik tapançadan 10 metr məsafəyə atəş açma üzrə kişilərin Trio komanda yarışında Ruslan Lunev, Elvin Astanov və Vladislav Kalmıkovdan ibarət yığmamız bürünc medal qazanıb.

Üçüncü yer uğrunda keçirilən həlledici qarşılaşmada komandamız Almaniya təmsilçilərinə 16:14 hesabı ilə qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Çempionatın qalibi Türkiyə yığması, gümüş medalçısı isə Çexiya komandası olub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media