logo
BSU-da “Peşəkar inkişaf: İşdə stressin effektiv idarə edilməsi” mövzusunda təlim keçirilib

BSU-da “Peşəkar inkişaf: İşdə stressin effektiv idarə edilməsi” mövzusunda təlim keçirilib

BSU-da “Peşəkar inkişaf: İşdə stressin effektiv idarə edilməsi” mövzusunda təlim keçirilib BSU-da “Peşəkar inkişaf: İşdə stressin effektiv idarə edilməsi” mövzusunda təlim keçirilib

Martın 5-də Bakı Slavyan Universitetinin (BSU) Karyera Xidməti Şöbəsi tələbələrin peşəkar inkişafına dəstək olmaq və onların iş həyatında qarşılaşdıqları çətinlikləri effektiv idarə etmələrinə kömək etmək məqsədilə “Peşəkar inkişaf: İşdə stressin effektiv idarə edilməsi” mövzusunda təlim təşkil edib.

Təlimin əsas məqsədi tələbələrə iş və akademik fəaliyyətlərində qarşılaşdıqları stress faktorlarını düzgün müəyyənləşdirmək və idarə etmək bacarıqlarını aşılamaq, prioritetləri düzgün müəyyənləşdirmək və vaxtın səmərəli idarə edilməsinə dair praktiki üsullar təqdim etmək, peşəkar və şəxsi həyat balansını qorumaq üçün effektiv strategiyalarla tanış etmək olub.

Təlimin qonaq spikeri “İNSUN Yaşam Mərkəzi”nin mütəxəssisi, klinik psixoloq Xədicə Həbibulayeva stressin psixoloji əsaslarını izah edərək, onun iş və şəxsi həyata təsirləri barədə ətraflı məlumat verib. Təlim müddətində iştirakçılar üçün müxtəlif praktik metodlar, elmi yanaşmalar və interaktiv tapşırıqlar təqdim olunub.

Təlim çərçivəsində tələbələrlə geniş müzakirələr aparılıb və beynəlxalq səviyyədə tətbiq edilən “Təcili-Vacib”texnikası üzərində iş aparılıb. Bu texnika işlərin prioritetləşdirilməsi və stressin azaldılması üçün effektiv bir yanaşmadır.

Təlimdə BSU-nun müxtəlif fakültələrindən 40-dan çox tələbə iştirak edib. Tələbələr fərdi və qrup tapşırıqları vasitəsilə gündəlik həyatlarında qarşılaşdıqları stress faktorlarını müəyyən edərək, təqdim olunan metodları tətbiq etmə yollarını müzakirə ediblər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media