Elnur Həşim oğlu Kəlbizadə Magistratura və doktorantura şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Elnur Kəlbizadə ali təhsilini “Tarix və ictimaiyyat” ixtisası üzrə bakalavr dərəcəsi ilə başa vurub, daha sonra “Beynəlxalq münasibətlərin tarixi və nəzəriyyəsi” ixtisası üzrə magistr təhsili alıb. 2017-ci ildə fəlsəfə doktoru elmi dərəcəsinə, 2021-ci ildə isə dosent elmi adına layiq görülüb.
Qeyd edək ki, Elnur Kəlbizadə bu təyinatadək Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunda “Qərbi Azərbaycana qayıdış siyasəti və ermənişünaslıq şöbəsi”nin müdiri vəzifəsində çalışıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin