logo
Azərbaycan cüdoçuları Avropa Kubokunu 10 medalla başa vurublar

Azərbaycan cüdoçuları Avropa Kubokunu 10 medalla başa vurublar

Azərbaycan cüdoçuları Avropa Kubokunu 10 medalla başa vurublar Azərbaycan cüdoçuları Avropa Kubokunu 10 medalla başa vurublar

Azərbaycan cüdoçuları Slovakiyanın Samorin şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunu 10 medalla başa vurublar.

Cüdo Federasiyasından verilən məlumata görə, turnirin son günündə yığmanın 5 üzvü tatamiyə çıxıb. Onlardan 4-ü fəxri kürsüyə qalxıb.

Belə ki, Səid Şərifov (73 kiloqram), Amin Mehdiyev, Abdullah Rəhmətov (hər ikisi 81 kiloqram) və Sübhan Axundov (+90 kiloqram) bürünc mükafata yiyələniblər. Məhəmməd Ağakişiyev (73 kiloqram) isə 7-ci olub.

Azərbaycan cüdoçuları yarışın ilk günündə 2-si qızıl, 2-si gümüş və 2-si bürünc olmaqla 6 medal qazanmışdılar.

Bununla da milli komanda Avropa Kubokunda medal əyarına görə ümumi hesabda 4-cü, oğlanlar arasında isə 2-ci yeri tutub.

Qeyd edək ki, Azərbaycan turnirdə oğlanlar arasında 8 çəki dərəsində 16 cüdoçu ilə təmsil olunub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media