https://innews.media/uploads/news/2025-02/_innews_08ec17b551fd1605a3f76ff38_o.jpg
Bakı Slavyan Universitetində (BSU) tələbələrin tədris imkanlarını genişləndirmək məqsədilə yeni infrastruktur istifadəyə verilib. Müasir avadanlıqlarla təchiz olunmuş Beynəlxalq Dil və Sertifikasiya Mərkəzi, Dil və Mədəniyyət Mərkəzləri, eləcə də kompüter laboratoriyaları artıq tələbələrin istifadəsinə açıqdır.
Bu yenilik tələbələrin dil biliklərini inkişaf etdirməsi, beynəlxalq sertifikatlar əldə etməsi və rəqəmsal bacarıqlarını artırması üçün geniş imkanlar yaradır. Mərkəzlər BSU-nun rəqəmsallaşma və beynəlmiləlləşmə strategiyasının bir hissəsi olaraq fəaliyyət göstərəcək.
Ən son xəbərləri səhifəmizdən də izləyin