logo
Kor olacaqsan, ay baba...

Kor olacaqsan, ay baba...

Kor olacaqsan, ay baba... Kor olacaqsan, ay baba...

“Ay bala kor olacaqsan, az bax o zibilə” – bir çox hallarda böyüklərimizdən eşitdiyimiz o məlum cümlə.

İşimlə əlaqəli, bir az da gündəlik işlərimi asanlaşdırdığı üçün notbuk və telefonla çox vaxt keçirirəm. Axı texnologiya əsrində yaşayırıq və texnologiya ilə də ayaqlaşmaq lazımdı. Amma baxır necə. Bütün gün telefona baxmaq texnologiya və zəmanəyə ayaq uydurmaq deyil haa. Xahiş edirəm düzgün başa düşün. Gündəlik fəaliyyəti asanlaşdırmaq və işlədiyimiz qurumun tələblərinə uyğun olaraq səmərəli istifadə ayaq uydurmaqdır. Nəysə mövzumuz bu deyil. Mövzumuz bizə texnologiyanı pisləyən nəslin texnologiya asılılığıdır. Asılılıq deyirəme sizə.

Həftə sonları Saray qəsəbəsinə, babamgilə gedirəm. Bağ və uşaqlıqdan bəri çox sevdiyim babamla nənəmi görmək kefimi açır. Bax indi də deyəcəksiz ki: “Kefin  olmur ki, babangilə kef açmağa gedirsən?”. Ya bəlkə mən sözbazam? Bilmək olmaz. Nəysə yenə mövzudan kənarlaşıram. Deməli babamgilə gedib həftəsonu orda qalıram. Bir az hal kefdən, nənəmin dadlı yeməklərindən sonra, tay tuşum olmadığı üçün telefon ya notbukla məşğul oluram. Babamın səsi eşidilir: “Aə sən nə qədər telefona baxırsan. Ay bala kor olacaqsane sən”. Susuram. Axşam mətbəxdə notbukda yazı yazıram, babaç gəlir “Pay dədə, yenə telefona baxıre”. Susuram. Gecələr gec yatıram. Elə olur ki, 3,4 də. Çarpayım babamgilin otağında olur. Saat 2 də yatmağa gedirəm və babamı yutubda Rusiya-Ukrayna müharibəsi ilə bağlı xəbərlərə baxanda görürəm. Susmaq yox danışmaq vaxtı idi.  Qalib bir əda ilə “Baba bu vaxt da telefona baxarlar? Saat 2-diye” – gülərək dedim.

Hörmətli böyüklər. Biz sizin dediklərinizə yox əməllərinizə baxırıq. Baba sən gecə saat 2-də Rusiya-Ukraynaya baxırsansa, mən də baxa bilərəm.

Ayhan Ağarzayev

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media