Yanvarın 23-də Bakı Slavyan Universitetində “İdarəetmənin optimallaşdırılması və səmərəliliyin artırılması” komissiyasının növbəti iclası baş tutub.
İclas zamanı cari dövrdə görülmüş işlərə dair hesabatlar təqdim edilib, bu istiqamətdə həyata keçirilən tədbirlərin icra vəziyyəti ətraflı müzakirə olunub.
Həmçinin, Yüksək Təhsil Mərkəzinin (RDİ) və Tədris şöbəsinin strukturunun optimallaşdırılmasına dair hazırlanan layihə üzərində fikir mübadiləsi aparılıb, layihənin əsas məqsəd və vəzifələri müəyyənləşdirilib.
Komissiya üzvləri idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi və universitetin fəaliyyət səmərəliliyinin artırılması ilə bağlı təkliflər irəli sürərək, bu sahədə gələcək addımları müzakirə ediblər.
Ən son xəbərləri səhifəmizdən də izləyin