https://innews.media/uploads/news/2022-09/_innews_212bec94b613c585758e9abb1_o.jpg
2022-ci ildə fəlsəfə doktoru proqramı üzrə Bakı Dövlət Universitetinin (BDU) doktoranturasına qəbul olmaq üçün sənəd vermiş və Fəlsəfə fənni üzrə keçirilən imtahanda məqbul qiymətləndirilmiş iddiaçılar üçün ixtisas fənnindən qəbul imtahanı 2022-ci il 13 sentyabr tarixində saat 10:00-da BDU-nun 1 saylı binasında - 306, 308, 312, 313 və 315 saylı auditoriyalarda keçiriləcək.
İmtahan barədə daha ətraflı məlumatı Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin Magistratura və doktorantura şöbəsinin rəsmi veb səhifəsindən əldə edə bilərsiniz: http://md.bsu.edu.az/az/announcement/77
İddiaçılar imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədin əslini özləri ilə gətirməlidirlər.
Ən son xəbərləri səhifəmizdən də izləyin