https://innews.media/uploads/news/2022-09/_innews_fe96d99cbd9109aae3463c6fd_o.jpg
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına və Nazirlər Kabinetinin müvafiq qərar və sərəncamlarına uyğun İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən 2022-ci ilin may-iyul ayları üzrə yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə iş vaxtına və saatına mütənasib olaraq təxminən 448 min manata yaxın, qeyri-tibb işçilərinə isə 44 min manata yaxın müddətli əlavə ödənilib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, tibb və qeyri-tibb işçilərinə ödənilən müddətli əlavələrin məbləği aşağıdakı kimidir:
|
Aylar |
Dövlət tibb müəssisələri üzrə |
Cəmi |
|
|
Tibb işçiləri |
Qeyri-tibb işçiləri |
||
|
May |
237 868,70 AZN (1107 nəfər) |
21 921,72 AZN (386 nəfər) |
259 790,42 AZN (1493 nəfər) |
|
İyun |
82 640,16 AZN (385 nəfər) |
8 316,73 AZN (56 nəfər) |
90 956,89 AZN (441 nəfər) |
|
İyul |
127 352,85 AZN (438 nəfər) |
13 380,51 AZN (104 nəfər) |
140 733,36 AZN (542 nəfər) |
|
CƏMİ: |
447 861,71 AZN (1930 nəfər) |
43 618,96 AZN (546 nəfər) |
491 480,67 AZN (2476 nəfər) |
Dövlət tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq agentlik tərəfindən iyun və iyul ayları üzrə müddətli əlavələrin ödənilməsi davam edir.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 3 avqust tarixli Qərarına əsasən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin ödənilməsi 2022-ci il sentyabrın 1-dək uzadılıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin