logo
Səfir Mohammed Al Blooshi: “Elm və Texnologiya İqtisadiyyatın Hərəkətverici Gücüdür”

Səfir Mohammed Al Blooshi: “Elm və Texnologiya İqtisadiyyatın Hərəkətverici Gücüdür”

Səfir Mohammed Al Blooshi: “Elm və Texnologiya İqtisadiyyatın Hərəkətverici Gücüdür” Səfir Mohammed Al Blooshi: “Elm və Texnologiya İqtisadiyyatın Hərəkətverici Gücüdür”

Birləşmiş Ərəb Əmirlikləri dövlətinin Bakıdakı səfirliyi və Dubay Elektrik və Su İdarəsi eksklüziv məlumatlandırıcı şəbəkələşmə tədbiri keçirib.

Tədbirdə səfir cənab Mohammed Al Blooshi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Azərbaycana səfər edən Dubay Elektrik və Su İdarəsinin (DEWA) sədri cənab Səid Məhəmməd Əl Təyyar, Azərbaycan Respublikası İqtisadiyat Nazirinin müavini cənab Anar Axundov, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov iştirak etmişdir.

Səfir Mohammed Al Blooshi çıxış edərək, vurğuladı ki, Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan Respublikası arasında güclü ikitərəfli iqtisadi əlaqələr mövcuddur: “İnanıram ki, bu tədbir BƏƏ ilə Azərbaycan arasında daha bir məhsuldar əməkdaşlığa zəmin yaradacaq və bu, xalqlarımızı daha yaxşı gələcəyə aparacaq”.

Səfir qlobal davamlılıq təşəbbüslərinin güclü tərəfdarı kimi BƏƏ-nin lider mövqeyini vurğulayaraq, qeyd etdi ki, Elm və Texnologiya müasir iqtisadi inkişafın hərəkətverici qüvvəsidir və bu gün innovasiyalar iqtisadi strategiyaların mərkəzində dayanır.

Birləşmiş Ərəb Əmirliklərinin Elm, Texnologiya və İnnovasiya Siyasəti barədə ətraflı məlumat verən səfir onu da nəzərə çatdırdı ki,  gözlənilən nəticələrdən biri də BƏƏ-də prioritet sahələr üzrə tədqiqat və inkişafı maliyyələşdirməyə özəl sektorun həvəsləndirilməsidir.

Tədbirdə bir sıra yerli və xarici iş adamları və investorlar da iştirak etdi.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media