logo
Kamilə Əliyeva: "Dekotinyen Kimilərin İddiaları Azərbaycan üçün Əhəmiyyətsizdir"

Kamilə Əliyeva: "Dekotinyen Kimilərin İddiaları Azərbaycan üçün Əhəmiyyətsizdir"

Kamilə Əliyeva: "Dekotinyen Kimilərin İddiaları Azərbaycan üçün Əhəmiyyətsizdir" Kamilə Əliyeva: "Dekotinyen Kimilərin İddiaları Azərbaycan üçün Əhəmiyyətsizdir"

Fransa siyasi və diplomatik sahələrdə ölkəmizə qarşı qərəzli siyasətini daha iyrənc formada davam etdirir. Fransanın Ermənistandaki səfiri Olivye Dekotinyenin Ermənistanın "Hetq" media qurumuna müsahibəsində Azərbaycanın əleyhinə söylədiyi əsassız iddialar Fransa hakimiyyətinin xarici siyasətinin uğursuzluğunun nümunəsidir. Müsahibədə Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini bərpa etməsi, separatizmə son qoyan tədbirləri hədəfə alması, Ermənistan rəhbərliyinin "sülhsevərliyini", "yarımçıq sülh" fikirlərini dəstəkləyən açıqlamaları Fransanın bölgədə yaranmış reallıqları təhrif etdiyini, Fransanın Azərbaycanla Ermənistan arasında sülh quruculuğuna əngəl törətməsini bir daha sübut etmiş olur.

Fransa hər zaman həm münaqişə, həm də postmünaqişə dövründə bölgədə sülhün yaranmaması, əmin-amanlığın bərpa olunmaması siyasəti həyata keçirib. Cari ilin oktyabr ayında Avropa İttifaqının "müşahidəçi"lərinin Azərbaycanla sərhədə gəlməsi halları artmışdır. Oktyabrın 30-da Zəngilanla sərhədə gələn Avropalı "müşahidəçi"lərin avtomobillərində Fransa bayrağının dalğalanması Fransanın ölkəmizə qarşı növbəti təxribatçı hərəkətlərinin nümunəsidir. Sərhədə gələn 6 nəfər şəxsin Fransanın xüsusi xidmət orqanlarının əməkdaşları olmaları istisna edilmir.

Ermənistanın Baş Naziri Nikol Paşinyan özünü bütün dünyaya sülhün tərəfdarı olduğunu, Azərbaycanla sülh müqaviləsi bağlamağa hazır olmasını bəyan edir. Ermənistan rəhbərliyi əslində dünya ictimaiyyətini aldatmağa çalışır. Ümumiyyətlə Ermənistanın qeyri-konstruktiv mövqeyi sülhün yaranmasına müsbət heç nə vəd etmir. Azərbaycanla Ermənistan arasında bir sıra razılaşdırılmış məqamlar mövcuddur. Sərhədlərin bir hissəsinin delimitasiya və demarkasiyası istiqamətində müəyyən müsbət addımlar atılmasına baxmayaraq razılıq əldə olunmayan ən vacib məsələlər həll olunmamış qalır. Prezident cənab İlham Əliyev dəfələrlə Ermənistan tərəfinə və dünya ictimaiyyətinin diqqətinə çatdırıb ki, Ermənistan rəhbərliyi iki dövlət arasında dayanıqlı sülhün yaranmasına tərəfdardırsa ilk növbədə öz Konstitusiyasında Azərbaycana qarşı torpaq iddiaları olan bəndi ləğv etməli, ATƏT-ın Minsk qrupunun fəaliyyətindən imtina etmələri barədə müraciət etməlidir. Ermənistan bu iki vacib məsələni müsbət həll etməyəcəyi təqdirdə "yarımçıq sülh" Azərbaycan tərəfini heç bir halda qane etmir. Çox təəssüf ki, Ermənistan rəhbərliyi hələ də Qərbin, xüsusən Fransanın təsiri altından çıxıb müstəqil qərar qəbul etmək iqtidarında deyl. Fransadan olan keçmiş kəşfiyyatçıların və hərbiçilərin Azərbaycanla sərhədə gəlməsi, ABŞ hərbiçilərinin Ermənistanda yerləşdirilməsi və bu ölkənin Ermənistan səfirliyində 2000-dən çox əməkdaşının fəaliyyət göstərməsi Ermənistanın de-fakto müstəqil dövlət olmamasından xəbər verir. Digər tərəfdən  Qərbin Ermənistanı sürətlə silahlandırması bu ölkələrin Cənubi Qafqazda sülhün yaranmasına heç vaxt razı olmadıqlarının nümunəsidir.

Prezident cənab İlham Əliyev həm siyasi, həm iqtisadi cəhətdən müstəqil, heç bir dövlətdən asılı olmayan qüdrətli bir dövlət yaradıb və ölkəmiz hər il sürətlə inkişaf edir və güclənir. Prezidentimiz beynəlxalq hüquqa əsaslanan milli maraqlarımıza uyğun siyasət həyata keçirir. Düşünürəm ki, Ermənistan tarixi fürsətdən istifadə edərək Azərbaycanla həqiqi sülh müqaviləsi imzalayacaq. Olivye Dekotinyen kimilərin fikirləri Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir.

 

Kamilə Əliyeva
BDU-nun kafedra müdiri, professor

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media