Cari ilin 25-29 oktyabr tarixlərində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçiriləcək “Abilimpiks Beynəlxalq Açıq Çempionatı”nda milli komandamızın abilimpiyaçıları dulusçuluq, masaj, vokal, dərzilik, aşpazlıq, floristika, fotoqraf və mil ilə toxuculuq peşələri üzrə yarışacaqlar. Komandamız bu yarışda 10 abilimpiyaçı ilə təmsil olunacaq.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin tərkibində olan mütəxəssislər tərəfindən masterklaslar keçirəcək, eləcə də Azərbaycan mədəniyyətini digər ölkələrə tanıtmaq məqsədi ilə əl işlərini nümaiş etdirəcəklər.
Bundan başqa Azərbaycan Respublikası Milli Abilimpiya Federasiyasının nümayəndələri Rusiya Milli Abilimpiya Mərkəzinin üzüvləri ilə görüşlər keçirəcək, qarşılıqlı əməkdaşlıqla bağlı danışıqlar aparacaqlar.
Ən son xəbərləri səhifəmizdən də izləyin