https://innews.media/uploads/news/2024-10/_innews_e9078a0147f7ecd5d5e150b4f_o.jpg
Bakı Dövlət Universitetinin (BDU) 105 illik yubileyinə həsr olunmuş “105 yaşlı elm və təhsil məbədi” mövzusunda tələbələr arasında esse müsabiqəsi davam edir.
Müsabiqəyə təqdim olunan esselər 2-4 səhifə həcmində, Azərbaycan, rus və ingilis dillərindən birində (A4 formatda, Arial şrifti, 12 ölçüdə və intervalı 1,5) olmalıdır.
Esselər müəllifin tələbə biletinin surəti ilə birlikdə oktyabrın 31-dək BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin elektron poçt ünvanına (press-service@bsu.edu.az) göndərilməlidir.
Müsabiqədə yalnız BDU-nun bakalavr, magistrant və doktorantları iştirak edə bilərlər.
Təqdim olunmuş esselər Müsabiqə komissiyası tərəfindən qiymətləndiriləcəkdir. Qaliblər hədiyyə və sertifikatla təltif ediləcəklər.
Qalib elan edilmiş esselər BDU-nun rəsmi saytı, sosial media hesabları və “Bakı Universiteti” qəzetində dərc olunacaq.
Əlavə məlumat üçün: Tel: (+994 50) 408-84-89
e-mail: press-service@bsu.edu.az.
Ən son xəbərləri səhifəmizdən də izləyin