logo
“Bizim Qafqaz” Layihəsi Milli Mətbuat gününü təntənə ilə qeyd etdi

“Bizim Qafqaz” Layihəsi Milli Mətbuat gününü təntənə ilə qeyd etdi

“Bizim Qafqaz” Layihəsi Milli Mətbuat gününü təntənə ilə qeyd etdi “Bizim Qafqaz” Layihəsi Milli Mətbuat gününü təntənə ilə qeyd etdi

Azərbaycan Milli Mətbuat Gününün 149-cu ildönümü münasibətilə tədbir keçirilib.
yeniazerbaycan.com xəbər verir ki, tədbir “Bizim Qafqaz” mədəni-maarif layihəsinin təşkilatçılığı ilə baş tutub.
Tədbirə layihənin müəllifi və direktoru Nini Karseladzenin “Qafqazımız” layihəsi üzrə müxtəlif nominasiyalarda mükafat alan aparıcı televiziya kanalları və mətbuat jurnalistləri dəvət olunublar.

Tədbirdə çıxış edən Nini Karseladze jurnalistikanın müasir dünyada rolunu qeyd edib, media nümayəndələrini bayram münasibətilə təbrik edib. Media nümayəndələrinin iştirakı ilə jurnalistlərə müxtəlif nominasiyalar üzrə diplomlar təqdim olunub. 
Tədbirdə Azərbaycanda ölkəmizi dünyada layiqincə təmsil edən, ictimai-siyasi həyata, iqtisadi, sosial və mədəni inkişafa töhfə verən kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti üçün əlverişli şərait yaradıldığı vurğulanıb. 

Qeyd edək ki, tədbirdə müxtəlif musiqiçilər və rəqqaslar – lirik tenor Şahin İsmayılov, beynəlxalq müsabiqələr laureatı Lalə Muxtarova, Nurlan Ordubadlı, Zaza Tsereteli, xalq artisti Roza Cəlilovanın nəvəsi Lalə Aslanova və “Azəri Atəşi” Rəqs Qrupu çıxış ediblər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin