logo
“Azpetrol” şirkəti Xocalının Əsgəran qəsəbəsində modul tipli YDM istifadəyə verib

“Azpetrol” şirkəti Xocalının Əsgəran qəsəbəsində modul tipli YDM istifadəyə verib

“Azpetrol” şirkəti Xocalının Əsgəran qəsəbəsində modul tipli YDM istifadəyə verib “Azpetrol” şirkəti Xocalının Əsgəran qəsəbəsində modul tipli YDM istifadəyə verib

İyulun 30-da Azərbaycanda ən böyük yanacaqdoldurma şəbəkəsinə malik “Azpetrol” şirkəti strateji inkişaf planına uyğun olaraq, Xocalı rayonunun Əsgəran qəsəbəsində modul tipli 105-ci yanacaqdoldurma məntəqəsini istifadəyə verib.

innews.media xəbər verir ki, yeni yanacaqdoldurma məntəqəsində Aİ-92, Aİ-95 və dizel yanacaq növlərinin satışı həyata keçiriləcək.

Xatırladaq ki, “Azpetrol” şirkətinin ilk yanacaqdoldurma məntəqəsi - “Spartak” 1997-ci il iyulun 15-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 1013-cü məhəllə ünvanında açılıb.

Qeyd edək ki, hazırda Şirkətin Azərbaycanın əksər iqtisadi zonalarını əhatə etməklə ən müasir avadanlıqlarla təchiz olunmuş 104 yanacaqdoldurma məntəqəsi (YDM), 1 maye qazdoldurma məntəqəsi (QDM ), 4 CNG tipli (CNG) qazdoldurma postu (Sıxılmış təbii qaz), 4 LPG postu (Propan-Butan), 1 STQ tipli (CNG) terminalı və 20 elektromobillərin enerji ilə doldurulma postu fəaliyyət göstərir.

“Azpetrol” - Daim inkişafa doğru!

Əlaqə: 957

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media