https://innews.media/uploads/news/2024-07/_innews_c8ff566b74e6ecaf8b40a3da6_o.jpg
02 iyul 2024-cü il tarixində aparılan ekoloji tədqiqatlar zamanı Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin əməkdaşı Elvin Qarayev tərəfindən Şin kəndindən 11 km şimalda, Şin çayının mənbəyinə yaxın və əsas sel ocaqlarından biri hesab edilən Haney qolu üzərində koordinatları 41°26′22″ N, 47°11′5″ E olan, dəniz səviyyəsindən 1894 metr hündürlükdə yerləşən, yerli əhali arasında "Şor şəlalə" adlandırılan şəlalə qeydə alınıb.
Şəlalənin hündürlüyü 15.3 metr, eni 0.87 metr təşkil edir. Turizm infrastrukturu yoxdur.
Ekoloji coğrafiya şöbəsinin rəhbəri coğ.ü.f.d. Qafqaz Ağabalayevin verdiyi məlumata görə, şəlalənin adı bugünədək heç bir elmi mənbədə qeyd olunmayıb.
Elvin Qarayevin yerli əhalidən aldığı məlumatlara əsasən deyə bilərik ki, şəlalənin şor adlandırılmasının əsas səbəbi suyunun duzlu olması ilə bağlıdır.
Ən son xəbərləri səhifəmizdən də izləyin