https://innews.media/uploads/news/2024-05/_innews_368eae172d7323cb02acbc3f5_o.jpg
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində SOCAR-ın baş ofisi və müəssisələri tərəfindən ağacəkmə aksiyası keçirilib.
“Azneft” İstehsalat Birliyinin “Bibiheybətneft” Neft və qaz çıxarma İdarəsinin ərazisində təşkil olunan ağacəkmə aksiyasında SOCAR-ın rəhbərliyi iştirak edib.
Qeyd edək ki, SOCAR-ın ekoloji siyasətinə uyğun olaraq, son illər ərzində keçirilən yaşıllaşdırma tədbirləri zamanı 1 milyondan çox, cari ildə isə 31642 ağac, gül və gül kolları əkilib.
Ən son xəbərləri səhifəmizdən də izləyin