23 Aprel 2023-cü il tarixində Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Laçın-Xankəndi yolunun başlanğıcında "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsi qurulub.
Yeni yaradılan məntəqədə Azərbaycan bayrağının ucaldılması mərasimi keçirilib və dövlət sərhədindən buraxılış məntəqəsindən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə məruzə edilib.
Ən son xəbərləri səhifəmizdən də izləyin