https://innews.media/uploads/news/2024-04/_innews_2a896b20cfa5f36cd329db2a2_o.jpg
Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin Faydalı qazıntılar kafedrasının müdiri, akademik Vasif Babazadəyə AMEA-nın prezidenti İsa Həbibbəyli tərəfindən “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təqdim olunub.
Akademik Vasif Babazadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamına əsasən “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib.