logo
Yevlaxda Aqrar Biznes Festivalı keçiriləcək

Yevlaxda Aqrar Biznes Festivalı keçiriləcək

Yevlaxda Aqrar Biznes Festivalı keçiriləcək Yevlaxda Aqrar Biznes Festivalı keçiriləcək

Sabah Yevlax rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin və Azərbaycan Toxumçular Assosiasiyasının təşkilatçılığı ilə növbəti Aqrar Biznes Festivalı keçiriləcək.

Bu barədə innews.media Azərbaycan Toxumçular Assosiasiyasından məlumat verilib.

Bildirilib ki, festival İqtisadiyyat Nazirliyinin Aran Regional İnkişaf Mərkəzində baş tutacaq.

Festivalda innovativ həllərə əsaslanan kənd təsərrüfatı təyinatlı qurğular, avadanlıqlar, müasir yeni texnologiyalar o cümlədən məhsuldar toxum və gübrələr sərgilənəcək.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin