logo
Aqrar sahədə yeni texnologiyaların tətbiqi, biznes üçün innovativ həllər müzakirə edilib

Aqrar sahədə yeni texnologiyaların tətbiqi, biznes üçün innovativ həllər müzakirə edilib

Aqrar sahədə yeni texnologiyaların tətbiqi, biznes üçün innovativ həllər müzakirə edilib Aqrar sahədə yeni texnologiyaların tətbiqi, biznes üçün innovativ həllər müzakirə edilib

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov Azərbaycan Toxumçular Assosiasiyasının sədri Mədinə Əliyeva ilə görüşüb.

Görüşdə AİKTSA ilə Assosiasiya arasında aqrar sahədə əməkdaşlıq imkanları, fəaliyyətlər və iş birliklərinin edilməsi haqqında müzakirələr aparılıb.

AİKTSA sədri Elvin Abbasov İKT-nin inkişafı istiqamətində əldə olunan nailiyyətlər, o cümlədən, aqrar sahədə görüləcək işlər və gələcək layihələr barədə məlumat verib. Qeyd edib ki, kənd təsərrüfatı sahəsində tətbiq ediləcək yeni innovativ həllər fermer və sahibkarların imkanlarını daha da genişləndirəcək. E.Abbasov Azərbaycan Toxumçular Assosiasiyası ilə gələcəkdə birgə həyata keçirilməsi nəzərdə tutulan işlər və əməkdaşlıq istiqamətlərini açıqlayıb

Assosiasiya sədri Mədinə Əliyeva öz növəbəsində aqrar sahədə innovativ metodların, müasir texnologiyaların tətbiqi ilə bağlı icra olunan layihələr barədə məlumat verib. Bildirib ki, aqrar sahədə innovativ fəaliyyətin genişləndirilməsi, yeni texnologiyaların tətbiqinə hər zaman ehtiyyac var. Çünki, aqrar sahədə tətbiq edilən hər bir innovasiya məhsuldarlığı, gəlirləri artırır və nəticə etibarı ilə bu sahənin daha sürətli inkişafını təmin edir.

Tərəflər arasında ikitərəfli görüşlərin bundan sonra da davamlı şəkildə keçirilməsi barədə razılıq əldə edilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media