2024-cü ilin hazırlıq planına əsasən, hərbi qulluqçuların maarifləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən hərbi hissələrdə keçirilən ictimai-siyasi hazırlıq dərslərində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimindəki çıxışı izlənilib.
Keçirilən tədbirlər çərçivəsində hərbi qulluqçuların maarifləndirilməsi üzrə onlarla müvafiq söhbətlər aparılıb. Ali Baş Komandanın çıxışından irəli gələn, Azərbaycan Ordusu qarşısında duran tapşırıqlar barədə şəxsi heyət məlumatlandırılıb.
Dövlət başçısının Azərbaycan Ordusu barədə səsləndirdiyi fikirlər, Ordumuza verilən yüksək qiymət bütün şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinə müsbət təsir edib və ruh yüksəkliyinin daha da artmasına səbəb olub.
Ən son xəbərləri səhifəmizdən də izləyin