logo
DXS Xüsusi Məktəbin V sinfinə şagirdlərin QƏBULUNU ELAN EDİR - VİDEO

DXS Xüsusi Məktəbin V sinfinə şagirdlərin QƏBULUNU ELAN EDİR - VİDEO

DXS Xüsusi Məktəbin V sinfinə şagirdlərin QƏBULUNU ELAN EDİR - VİDEO DXS Xüsusi Məktəbin V sinfinə şagirdlərin QƏBULUNU ELAN EDİR - VİDEO

Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbin V sinfinə şagirdlərin QƏBULUNU ELAN EDİR

ÜMUMİ MÜDDƏALAR:

Tədris dili: Azərbaycan dili

QƏBUL ŞƏRTLƏRİ:

Xüsusi Məktəbin  V sinfinə qəbul imtahanında 2024-cü il dekabrın 31-dək 10 yaşı tamam olan və 12 yaşı tamam olmayan, qəbul aparılan ildə ümumi təhsil pilləsinin IV sinfində təhsil alan fiziki cəhətdən sağlam olan, Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.

SƏNƏDLƏRİN QƏBULU:

İmtahanda iştirak etmək istəyən namizədlər 2024-cü ilin aprel ayının 1-dək Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi internet saytında (www.dim.gov.az) “Şəxsi kabinet” yaratmalı və pul hesabına 40 AZN əlavə etməlidirlər. Sonra dim.gov.az saytının baş səhifəsində yerləşdirilmiş keçid vasitəsilə elektron ərizəni dolduraraq qeydiyyatdan keçməlidirlər.

DİM-in saytında "Şəxsi kabinet" yaratmaq üçün şagirdlər əvvəlcə təhsil aldıqları orta məktəbə müraciət edərək fərdi məlumatlarının «Şagird-məzun» dövlət elektron məlumat sisteminə daxil edilməsini təmin etməlidirlər. Daxil edilmiş məlumatlarda “imtahana buraxılır” və ya  “hazırda təhsil alır” bəndi seçilməlidir. Əks halda həmin şagirdlər imtahanda iştirak etmək üçün elektron qeydiyyatdan keçə bilməyəcəklər.

Məktəbə xarici ölkə vətəndaşlarının qəbulu dövlətlər arasında bağlanmış müqavilələrə uyğun olaraq həyata keçirilə bilər.

İMTAHANLARIN KEÇİRİLMƏ QAYDALARI:

Qəbul imtahanı DİM tərəfindən test üsulu ilə keçiriləcəkdir. İmtahan 14 aprel 2024-cü il tarixində  Bakı şəhərində keçiriləcək. İmtahanın keçirilmə yeri haqqında məlumat qeydiyyat başa çatdıqdan sonra DİM-in saytında elan olunacaqdır.  Namizədlər “imtahana buraxılış vərəqəsi”nı imtahan gününə 5 gün qalmış DİM-in saytından əldə edə bilərlər.

Test imtahanı aşağıdakı fənlər üzrə Azərbaycan dilində aparılır:

  • Azərbaycan dili;
  • Riyaziyyat.

Hər fənn üzrə 30 qapalı tipli sual təqdim ediləcəkdir.

İmtahanın müddəti 90 dəqiqədir.

İmtahana gələrkən namizədlər:

-şəxsiyyət vəsiqəsi;

-imtahana buraxılış vərəqəsi. 

Şəxsiyyət vəsiqəsində şəkli olmayan namizədlər təhsil aldıqları məktəbdən IV sinifdə təhsil alması barədə fotoşəkilli arayış (fotoşəkil möhürlə təsdiq edilməlidir) təqdim etməlidirlər.

Sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmır.

İmtahanın nəticəsi Dövlət Sərhəd Xidmətinə təqdim ediləcəkdir. Yüksək nəticə göstərmiş namizədlər DSX tərəfindən tibbi və digər yoxlamalara cəlb olunacaqlar. Bütün mərhələləri uğurla keçən və ən yüksək bal toplayan namizədlər Xüsusi Məktəbə qəbul olunacaqlar.

Əlavə məlumat almaq üçün Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə müraciət edilə bilər.

Ünvan: Mərdəkan qəsəbəsi, Ramil Qasımov küçəsi 5.

Əlaqə telefonu: 012-554-92-44

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media